Görkəmli yazıçı, kinodramaturq, rejissor, Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2020-ci il tarixli sərəncamına uyğun olaraq, Azərbaycan Kino Akademiyası, Professional Kinorejissorlar Gildiyası, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası audiovizual əsər müəlliflərini, tələbələri və həvəskarları sənətkarın həyat və yaradıcılığına həsr olunmuş təbliğat xarakterli treyler formasında qısa film müsabiqəsinə qoşulmağa dəvət edir.

Müsabiqənin şərtləri:

Vaxt: 1-2 dəqiqə.

Format: HD və ya AVİ

Səs: Həsən Seyidbəylinin filmlərindən musiqi və dialoq

Təsvir: sənətkarın filmləri, xronikası, fotoları və arxivi

Son qəbul tarixi: 1 dekabr 2020-ci il

 

Mükafatlar:

1-ci yer – 500 manat

2-ci yer – 300 manat

3-cü yer – 200 manat

Videoçarxlar sosial şəbəkələrdə (Facebook, İnstaqram, YouTube) yerləşdiriləcək və qaliblər baxış sayına, həmçinin xüsusi komissiyanın rəyinə əsasən müəyyənləşdiriləcək.

Müsabiqə ilə bağlı Həsən Seyidbəylinin filmləri, fotoları, xronikasını və digər arxiv materiallarını Professional Kinorejissorlar Gildiyasından (012 431 77 31) və ya “Azərbaycanfilm” Kinostudiyasından ( 050 357 68 33) əldə edə bilərsiniz.