Xalqımızın igid oğlu, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun (1920-1994) anadan olmasının 100 illiyi ilə bağlı bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində silsilə tədbirlər davam edir.

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbi II Dünya müharibəsində Fransa antifaşist Müqavimət hərəkatının məşhur nümayəndəsi Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi münasibətilə videoçarx hazırlayıb.

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi kitabxanasının işçiləri “Əfsanələşən partizan ömrü – Əhmədiyyə Cəbrayılov” mövzusunda videokonfrans keçiriblər. Konfransda MKS-nin direktoru Gülnarə Nəsibova xalqımızın qəhrəman oğlunun həyat yolu, şücaətləri haqqında ətraflı məlumat verib.

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon Heydər Əliyev Mərkəzinin kollektivi Ə.Cəbrayılovun Şəki şəhərindəki ev-muzeyini ziyarət edib. Cavanşir Cəbrayılov atasının keçdiyi şərəfli ömür yolu haqqında danışıb, qonaqları muzeylə tanış edib.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayon Mədəniyyət Mərkəzi, rayon Mərkəzi kitabxanası və Daşdəmirbəyli kənd kitabxana filialı əfsanəvi qəhrəman haqqında videoçarxlar hazırlayıblar.