Türkiyədə yaşayan və çalışan soydaşımız, tanınmış aktyor, teatr rejissoru, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti. Cahangir Novruzov ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Vladimir Poznerə tutarlı cavab verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Xalq artisti şəxsi “Facebook” hesabında Poznerə müraciətlə yazıb: “Özünüzü nüfuzdan salmısınız. Ağlı başında olan ermənilər üçün də fikrinizin heç bir dəyəri yoxdur. Satılmısınız. Corc Bernard Şounun belə bir sözü var: “Unutmaq lazım deyil ki, pul ilə alınan hər şey onsuz da ucuzdur”. V. Şukşinin də gözəl bir sözü var: “Kasıb olmaq ayıb deyil, ucuz olmaq ayıbdır”.

Mən isə belə deyərdim: “Türk olmaq çox çətindir, çünki bütün dünya səninlə mübarizə aparır. Türk olmamaq daha çətindir, çünki Türk ilə mübarizə aparırsan”.

V.Pozner öz saytında ruhən erməniləri dəstəklədiyini qeyd edərək bildirmişdi ki, əgər Qarabağda müharibə gedirsə, BMT dərhal bu məsələyə qarışmalıdır. Yox, əgər bu məsələyə üçüncü ölkələr qarışırsa, onlara qarşı ən sərt sanksiyalar tətbiq edilməlidir”.