30 ildir ki, dədə-baba torpaqlarımız işğal altındadır. Dünyanın da buna susqunluğu insanların səbrini artıq tükəndirib. İnanırıq ki, ordumuzun son hədəfi qədim mədəniyyət beşiyimiz Şuşadır.

Nəyin bahasına olursa-olsun, başda Şuşa olmaqla, bütün işğal edilmiş torpaqlarımız azad edilməlidir. Bu şərəfli yolda hamılıqla Ali Baş Komandanımızın, Ordumuzun yanındayıq.

Bu fikirləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

“Ordumuza uğur, zəfər arzu edirik. Çox böyük həyəcanla qələbə xəbərlərini gözləyirik. Müqəddəs Vətən torpaqlarının azad edilməsi bütöv xalq olaraq hər birimizin müqəddəs və ali borcudur. Unudulmaz Xalq şairi Səməd Vurğunun “Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən...” misralarında olduğu kimi, biz də bu vətənin, torpağın müsəlləh əsgəriyik. Tanrı şanlı, qüdrətli Ordumuzu qorusun!” - deyə M.Qasımlı vurğulayıb.