Kanadanın Kalqari şəhərində yaşayan soydaşlarımız Azərbaycana dəstək məqsədilə həmrəylik yürüşü keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, aksiya Alberta-Azərbaycan Mədəniyyət Mərkəzinin (ALACS) təşkilatçılığı ilə baş tutub. Yürüş şəhərin mərkəzində yerləşən “Municipal Plaza”dan başlayaraq 3-cü SW küçəsinə qədər davam edib.

Azərbaycan, Türkiyə, Kanada və İraq türkmənlərinin bayraqlarının dalğalandığı, “Azərbaycana qarşı Ermənistanın təcavüzünə son qoyulsun!” şüarı yazılmış plakatların qaldırıldığı aksiya zamanı hərbi musiqi, Azərbaycanı dəstəkləyən və Ermənistanın təcavüzünü pisləyən şüarlar səsləndirilib.