Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması”  layihəsi davam edir. Layihə çərçivəsində “Azərbaycan ədəbiyyatı. Gənclik seriyası”nda istedadlı gənc şair və yazıçılarımız da Türkiyə oxucularına tanıdılır.

Layihə üzrə yazar Ramil Əhmədin “Zaman tuneli” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla çap olunub.