ABŞ-ın “Warner Bros” kinostudiyası “Yarasa adam” (The Batman) bədii filminin premyerasını təxirə salıb.

Rejissoru Mett Rivza olan və baş rolda Robert Pattinsonun çəkildiyi filmin ilk nümayişi 2022-ci il martın 4-nə təyin olunub.

Məlumatda həmçinin qeyd olunur ki, şirkətin istehsal etdiyi “Fləş” (The Flash) və “Şazam 2” (Shazam 2) ekran əsərlərinin də nümayiş vaxtı dəyişilərək 2022-ci il noyabrın 4-nə və 2023-cü il iyunun 2-nə keçirilib.

Rejissor Lana Vaçovskinin ekranlaşdırdığı “Matriks 4” (Matrix 4) filminin nümayişi isə nəzərdə tutulan vaxtdan bir qədər tez – 2021-ci il dekabrın 22-də olacaq. “Qara Adam” (Black Adam) və “Maynkraft” (Minecraft) filmləri isə, ümumiyyətlə, şirkətin premyera təqvimindən silinib.