Oktyabrın 12-də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Elmi bərpa şurasının növbəti iclası keçirilib. 

Mərkəzin direktoru Zərifə Məlikovanın sədrliyi ilə keçən iclasda Qrafika şöbəsinin işi müzakirə edilib.

Mərkəzə Azərbaycan Milli İncəsənət Muzeyindən daxil olan qrafika əsərlərinin və Abdulla Şaiqin Mənzil-Muzeyindən daxil olan kağız sənədlərin bərpadan sonrakı vəziyyətlərinə baxış keçirilib. 

Eksponatların bərpası zamanı görülən işlər və nəticələri haqqında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.