Azərbaycan xalqının igid oğlu, İkinci Dünya müharibəsində Fransa antifaşist Müqavimət hərəkatının iştirakçısı, əfsanəvi partizan, “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla şöhrət qazanmış Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Əhmədiyyə Cəbrayılov – 100” adlı daycest istifadəçilərə təqdim olunub.

Daycestdə qəhrəman partizanın həyatı və keçdiyi şərəfli döyüş yolundan bəhs edən, 2010-2020-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc olunmuş məqalələr təqdim edilir. Layihənin məqsədi xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun nəsillərə örnək ömür yolundan bəhs edən materiallarla geniş oxucu kütləsini tanış etməkdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba sırası ilə verilib.

Daycest ilə tanış olmaq istəyənlər http://anl.az/down/Ehmediyye_Cebrayilov.pdf linkindən istifadə edə bilərlər.