Milli Azərbaycan Tarixi Muzeyində təxminən 15 min ədəd Avstriya, Argentina, Braziliya, Belçika, Macarıstan, Yunanıstan, İtaliya, Danimarka, Kuba, Norveç, Portuqaliya, Rusiya, Suriya, Türkiyə, Fransa, Yaponiya və s. ölkələrin XIX–XX əsrlərin əvvəllərinə aid nadir marka kolleksiyası qorunur.

Muzeydən bildiriblər ki, bu kolleksiyada Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünün markaları (1919-1923) böyük maraq doğurur. Azərbaycan markalarının bir qismi muzeyin ekspozisiyasında sərgilənir. Milli dirçəliş üçün çətin bir mübarizədə Şərqdə ilk Azərbaycan Cümhuriyyəti dövlət atributları olan parlament, ordu, bayraq, himn və möhürü ilə elan edilib. Qısa müddət ərzində respublika, demək olar, bütün dövlət reqaliyalarını həyata keçirməyi bacarıb.

1919-cu il oktyabrın 20-də 4 mövzuda 9 nominallı poçt markaları dövriyyəyə buraxılıb. 1922-ci ildə SSRİ-nin qurulmasından sonra Azərbaycan SSR, digər müttəfiq respublikalar kimi, bir çox “milli formada” dövlət həqiqətlərini itirdi. Ordenlərin, əsginasların, poçt markalarının buraxılışı dayandırıldı. Ancaq mərkəzləşdirilmiş qaydada, Moskva və Leninqrad (indiki Sankt-Peterburq) zərbxanalarında Azərbaycan SSR üçün xatirə sikkələri, xatirə medalları, deputat döş nişanları və digər fərqlənmə nişanları buraxılıb.