Tailandın “İntegrated Field” dizayn studiyasının “oyun şəfadır” devizi ilə layihələndirdiyi uşaq klinikası böyük marağa səbəb olub.

Layihədə uşaqların klinikada müalicəsi, eyni zamanda asudə vaxtlarını şən keçirmələri üçün bütün imkanlar yaradılıb.

Nəhəng oyun meydançasına bənzəyən klinikada uşaqların zövqünə uyğun bir neçə növ – standart, xüsusi və lüks palatalar mövcuddur. Pasiyentlərin çarpayılarının üzərində qurbağa, şir və dovşan formasında gecə lampaları asılıb. Klinikada həmçinin süni buludlar gəzişən hovuz da fəaliyyət göstərir.