“Ad günün mübarək, Nigar. Qaniçən Ermənistan qonşumuz olduğuna görə bağışla bizi”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Dinc sakinlərin, uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir. Nigar doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində öldürülüb”, - deyə o bildirib.

2005-ci il oktyabrın 18-də Gəncədə anadan olan Nigar Əsgərova 15 yaşının tamamına 1 gün qalmış, 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində dünyasını dəyişib...