Mədəniyyət Nazirliyinin tabeliyindəki Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin qarşısında 18 Oktyabr – Müstəqillik Gününə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi keçirilib.

Pandemiya dövrünün tələbləri və epidemioloji qaydalar gözlənilməklə təşkil edilən sərgidə Mərkəzi İncəsənət Məktəbinin Rəssamlıq şöbəsinin müəllimləri Nigar Şıxəliyeva və Əli Ağadadaşovun şagirdlərinin əl işləri təqdim olunub. 

Sərgidə Azərbaycanın Milli Qəhrəmanları, onların döyüş yolu, üçrəngli bayrağımızın təsvirləri, eləcə də sülh mövzusunda əl işlərinə xüsusi yer verilib.

Nümayiş olunan əsərlər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.