M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Qarabağ geyimləri” adlı virtual sərgi hazırlayıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

Burada xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan və geyimləri tamamlayan bəzək elementləri (zərgərlik nümunələri) də təqdim olunub.

Virtual sərgi ilə aşağıdakı linkdə tanış olmaq olar:

http://anl.az/el/vsb/Garabag_geyimleri/index.htm