Silahlı Qüvvələrə Yardım Fonduna kömək məqsədilə Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı ilə satış-sərgi təşkil olunub.

Satışdan əldə olunan bütün vəsaitin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.

Rəsm əsərləri simvolik olaraq 50, 100, 150, 200, 250 manat dəyərində qiymətləndirilib. Sərgi xoş ovqat bəxş edən, o cümlədən Qarabağ mövzusunda və Qələbə əhval-ruhiyyəsində yaradılmış rəsm əsərlərindən ibarətdir.

Rəsm əsərlərinin alıcıları əsərləri bu möhtəşəm günlərimizdən xatirə kimi öz divarlarından asacaq, ödəniş isə birbaşa Silahlı Qüvvələrə Yardım Fonduna ediləcək.

Sənətsevərlərin də dəstək verdiyi satış-sərgi incəsənət əsərlərinin satış portalı – www.artgift.az vasitəsilə yayımlanır.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə də izləmək mümkündür.