Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 21-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb. Qeyd edək ki, bu, mart ayında pandemiya başlayandan bu yana ölkəmizdə ən yüksək gündəlik yoluxma sayılır.

Ötən gün 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 46 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib, aktiv xəstə sayı 5 503 nəfərdir.