Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən yurd yerimiz – Xocavənd rayonunun Vəng kəndi bundan sonra Çinarlı adlandırılacaq.

Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında bununla bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.