“Terrora yox deyək!”

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeniyetmələr arasında “Terrora yox deyək!” adlı rəsm müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi – Azərbaycan Ordusunun şanlı rəşadətini, şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək, yeniyetmələrin diqqətini erməni terroruna cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, xüsusi istedada malik yeniyetmələri aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək.

 

  • Müsabiqənin şərtləri:

Müsabiqə yeniyetmələr arasında keçirilir;
Rəsmlər A1 və ya A3  ölçülü vatman kağızlarda çəkilməli;
Müsabiqə iştirakçılarının yaş həddi 10-17 yaş;
Müsabiqəyə 2-dən çox olmamaqla rəsm əsəri təqdim edilə bilər.
Müsabiqənin müddəti rəsmlərin son qəbul tarixi 27 noyabr 2020-ci il.

 

  • Qaliblərin seçilməsi və mükafatlandırılması:

Münsiflər heyəti tərəfindən 3 qalib seçiləcəkdir;
Qalib və iştirakçılara həvəsləndirici diplom, fəxri fərman və kitablar hədiyyə olunacaq.

 

  • Rəsmlər elektron poçt ünvanına göndərilməlidir:

info@clb.az
ushaqkitabxanasi@gmail.com
childlibbaku@yahoo.com

 

  • Əlavə məlumat üçün əlaqə telefonu: (012) 597-08-79

Aşağıdakı link vasitəsi ilə rəsm müsabiqəsi ilə barədə ətraflı məlumat ala bilərsiniz:

http://clb.az/yeniyetmlr-arasnda-terrora-yox-deyk-adl-rsm-msabiqsi_d3001.html

 

“Niyyəti gözəl, bu günü gözəl, sabahı parlaq Azərbaycanım!”

F.Köçərli adına Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda “Niyyəti gözəl, bu günü gözəl, sabahı parlaq Azərbaycanım!” adlı esse müsabiqəsi elan edir.

Müsabiqənin keçirilməsində məqsəd uşaq və yeniyetmələrdə vətənpərvərlik, vətən torpağına, millətə sədaqət hisslərini aşılamaq və onlara dəstək olmaqdır. Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır.Vətənə olan borcunu ödəməkdir - Vətənpərlik. Bu sözdə deyil, əməldə olmalıdır. Bu gün hər birimiz Mübariz, Fərid, Polad və digər qəhrəman oğullarımız kimi sinəmizi sipər etməyə hazır olmalıyıq. Vətənpərvər olmaq Vətənin qanadı olmaq deməkdir. O qanad nə qədər güclü olsa, Vətən o qədər ucalacaq, yüksəklərdə olacaq.

 

  • Müsabiqənin şərtləri:

Müsabiqəyə yalnız 1 esse təqdim edilə bilər;
Mətnin həcmi 2 A4 formatından çox olmamalı;
Müsabiqə iştirakçılarının yaş həddi 10-17 yaş arası;
Esse təqdim edilərkən oxucu özü haqqında məlumatı (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, elektron poçt ünvanını) təqdim etməlidir.

Müsabiqənin müddəti esselərin son qəbul tarixi 16 noyabr 2020-ci il.

 

  • Qaliblərin seçilməsi və mükafatlandırılması: 

Münsiflər heyəti tərəfindən “10-17” yaş arası uşaq və yeniyetmələr arasında 3 nəfər qalib seçiləcək;
Qalib və iştirakçılara həvəsləndirici diplom, fəxri fərman və kitablar hədiyyə olunacaq.

 

  1. Esselər elektron poçt ünvanına göndərilməlidir:

info@clb.az
ushaqkitabxanasi@gmail.com
childlibbaku@yahoo.com

  • Əlavə məlumat üçün əlaqə telefonu: (012) 597-08-79

 

Aşağıdakı link vasitəsi ilə esse müsabiqəsi ilə yaxından tanış ola bilərsiniz:

http://clb.az/-niyyti-gzl-bu-gn-gzl-sabah-parlaq-azrbaycanm-adl-esse-msabiqsi_d3000.html