Rəsm əsərlərinin satış-sərgisi davam edir

Xəbər verdiyimiz kimi, müzəffər Ordumuza dəstək məqsədilə Azərbaycan rəssamlarının əsərlərinin virtual satış-sərgisi təşkil olunub.

Sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı reallaşır. Satışdan əldə olunan vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.

Dövlət Rəsm Qalereyasından bildiriblər ki, rəsm əsərləri simvolik olaraq 50, 100, 150, 200, 250 manat dəyərində qiymətləndirilir. Sərgi xoş ovqat bəxş edən, o cümlədən Qarabağ və qələbə əhval ruhiyyəsində yaradılmış rəsm əsərlərindən ibarətdir.

Satış-sərgi www.artgift.az portalı vasitəsilə yayımlanır.