Mədəniyyət Nazirliyinin sifarişi əsasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva-İbrahimovanın “Arif Məlikov: tarix və müasirlik” kitabı nəşr olunub.

Kitabda görkəmli bəstəkar, SSRİ Xalq artisti, akademik Arif Məlikovun (1933-2019) yaradıcılığında xüsusi yer tutan kamera-instrumental və kamera-vokal əsərlərinin sistemli təhlili aparılıb. Nəşrdə həmçinin bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr də yer alıb.

Professional musiqiçilərə və geniş oxucu kütləsinə ünvanlanan kitab “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.