Yoluxma və vəfat sayı artır

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 3-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 58 282 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 45 030 nəfər müalicə olunaraq sağalıb, 768 nəfər vəfat edib, aktiv xəstə sayı 12 484 nəfərdir.

Ökədə son sutka ərzində 11 159, hazırkı dövrədək isə 1 379 779 test aparılıb.