Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Vladimir Putin bir gün öncə Ermənistanın baş naziri ilə də telefonla danışıb.