Fransanın “Liberation” qəzetində “Dağlıq Qarabağ: Ermənistan qadağan olunmuş silahlardan istifadə etməkdə ittiham olunur” adlı məqalə dərc edilib.

Məqalədə Ermənistanın Azərbaycanın Bərdə şəhərini qadağan olunmuş kaset silahlarından atəşə tutmasının “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatları tərəfindən təsdiqləndiyi qeyd edilib. Bildirilib ki, hər iki təşkilat Ermənistanın Bərdə şəhərini kasset silahları ilə bombardman etdiyini qeyd edib. Bombardman nəticəsində 21 mülki şəxsin öldüyü və 70-nin yaralandığı deyilib. Hər iki təşkilat hadisə yerindən olan şəkillərin Bərdədə kaset mərmili “Smerç” raketindən istifadə olunduğunu təsdiqləyir.

Qeyd edilir ki, kaset silahları ətrafa mini bombalar yaydığından onun dəqiq hərbi hədəfi olmur və buna görə də mülki əhalinin həyatını təhlükəyə atmamaq üçün ondan şəhər mərkəzlərində istifadə etmək beynəlxalq müqavilə ilə qadağan olunur.