Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” elmi-publisistik informasiya jurnalının 25-ci sayı çapdan çıxıb.

BMA-dan verilən məlumata görə, jurnalın üz səhifəsi Azərbaycan professional musiqi sənətinin banisi, bəstəkar və musiqişünas-alim Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunub.

Nəşrin növbəti sayında akademiyanın professor-müəllim heyətindən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Gülzar Mahmudova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova və başqalarının məqalələri dərc olunub.  2020-ci ilin ötən dövrünü əhatə edən əlamətdar mədəniyyət xəbərləri, BMA-nın həyatında baş verən hadisələr, o cümlədən pandemiya şəraiti ilə bağlı onlayn gerşəkləşən tədbirlər də  jurnalda işıqlandırılıb.

Milli Musiqi Günü, “Evdə qal, evdə yarat” sosial aksiyası, BMA elmi-tədqiqat laboratoriyasının onlayn seminarları, BMA məktəb-studiyasının yubileyi, müxtəlif  layihələr də nəşrdə əksini tapıb.