Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri də qüdrətli orduya sahib olmasıdır. Vətənə sonsuz sevgisi olan, hərbi sirlərə sadiq, yüksək döyüş ruhunda xidmət edən əsgərlərə malik ordu, ən qüdrətli ordudur. Bu gün Azərbaycan əsgəri Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın şanlı tarixini yazır.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Zəfərlərin mübarək, Azərbaycan əsgəri” adlı elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Azərbaycan Respublikasının dövlət rəmzləri”, “Rəsmi sənədlər”, “Görkəmli şəxsiyyətlər Azərbaycan ordusu haqqında”, “Zəfərlərimiz”, “Erməni terroru”, “Nəşrlər”, “Videoqalereya” və “Azərbaycan əsgəri” bölmələrindən ibarətdir. Elektron məlumat bazasında Azərbaycanın ordu quruculuğu, Ulu öndər Heydər Əliyevin bu sahədə olan xidmətləri, Milli Qəhrəmanlarımızdan bəhs edən kitablar, dövri mətbuat materialları, vətənpərvərlik mövzusunda olan musiqilər və s. materiallar yer alıb. Nümayiş olunan materiallar tam mətnləri ilə verilib.

Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlmək qüdrətindədir və istənilən an qalib gələcək!                                                                                  

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Azerbaycan_Esgeri/index.html linkindən istifadə edə bilərlər.