Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətənpərvərlik vətənə məhəbbət, əcdadların ənənələrinə hörmət deməkdir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kollektivi də Azərbaycan Ordusunun şanlı tarix yazdığı bu günlərdə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyir. Bu məqsədlə kitabxananın əməkdaşları vətənpərvərlik mövzusunda videoçarx təqdim edib.

Videoçarxda kitabxana əməkdaşları tərəfindən Azərbaycanın görkəmli ziyalılarının mövzu ilə bağlı fikirləri səsləndirilib.

Qeyd edək ki, videoçarx Respublika Uşaq Kitabxanasının “Facebook”, “İnstagram”, “Twitter” sosial şəbəkələri, “YouTube” və kitabxananın internet ünvanı vasitəsilə təqdim edilir.