Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi gələn ildən reklam sahəsində monitorinqlər aparacaq.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva bildirib ki, reklamların dili çox ciddi məsələdir: “Düşünürük ki, reklam agentlikləri ilə birlikdə işləyəcəyik”.

O qeyd edib ki, yaxın zamanda Monitorinq Mərkəzinin saytı istifadəyə veriləcək: “Saytda canlı çarxlar olacaq. Nəzərdə tutulur ki, hər hansı saytda görəcəyimiz qüsur gündəlik  müəyyən cümlələr, ifadələrlə canlı şəkildə çarxlarda verilsin. Saytın bir hissəsində “Azərbaycan dilinin orfoqrafiya lüğəti” öz əksini tapacaq. İstəyirik ki, lüğət istənilən adam üçün əlçatan olsun”.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 3 noyabr tarixli qərarı ilə 2019-cu il 16 aprel tarixində təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişikliklər edilib.