Rusiya Cənubi Qafqazda münaqişənin daha tez başa çatmasına çalışır. Bu barədə Rusiya Prezidenti Vladimir Putin noyabrın 4-də dini icmaların nümayəndələri ilə görüşdə bəyan edib.

RF Prezidenti deyib: “Rusiya Cənubi Qafqazda münaqişənin mümkün qədər tez başa çatması, qarşı-qarşıya duran və təəssüf ki, indiyədək bir-birini avtomat, tüfəng nişangahından görən, bir-birinə qarşı silah qaldıran insanların həyatını qorumaqdan ötrü ondan asılı olan hər şeyi edir”.

Vladimir Putin əminliyini ifadə edib ki, qarşıdurma tərəflərinin məqsədlərinə sülh danışıqları prosesinin gedişində nail olmaq mümkündür. O deyib: “Hər halda biz həm Ermənistanla, həm də Azərbaycanla təmasdayıq. Ümidvaram ki, biz regionda yaşayan bütün insanları qane edən şərtlər daxilində nəticəyə nail ola biləcəyik”.