Dövlət Turizm Agentliyi noyabrın 16-dan Azərbaycan Turizm Bürosu və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə birlikdə Qarabağın turizm potensialına dair vebinarlar təşkil edəcək.

Vebinarlar Qarabağ xalçası, alban məbədləri, Qarabağın qastronomiya və şərabçılıq üzrə potensialı, flora və fauna ehtiyatları, etnoqrafik məqamlar və digər mövzuları əhatə edəcək. Ümumilikdə hər biri 2 saat olmaqla 12 mövzu nəzərdə tutulub.

Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev özünün “Facebook” hesabında məlumat verib.

Qurumun rəhbəri qeyd edib ki, müraciət etmək istəyənlər noyabrın 10-dək mövzu bölməsinə “Qarabağ” yazmaqla ad, soyad və əlaqə nömrəsini qeyd edərək info@atga.az e-poçt ünvanına məktub yaza bilərlər.