Bakı Media Mərkəzi tərəfindən müzəffər Azərbaycan Ordusuna həsr olunmuş videoçarx hazırlanıb.
Bakı Media Mərkəzi Azərbaycanın dilbər guşəsi, Qarabağın mirvarisi Şuşanın işğaldan azad olunması münasibətlə Azərbaycan xalqını təbrik edib, şanlı Ordumuza yeni qələbələr arzulayıb.
“Biz canlarını fəda edən atalarımızı, gözü yaşlı analarımızı, düşmən təcavüzü ilə işğal olunan torpaqlarımızı heç vaxt unutmadıq. Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər. Biz yenidən öz torpağımız üçün vuruşuruq, Vətənimiz uğrunda vuruşuruq! Döyüş meydanında ədaləti bərpa edirik. Qələbə bizimlədir, Qələbə bizimdir! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza, Ordumuza! Yaşasın Azərbaycan!” – deyə təbrikdə deyilir:
Azərbaycan Ordusuna həsr olunmuş videoçarxı Bakı Media Mərkəzinin sosial şəbəkə səhifələrində izləmək olar.
https://www.facebook.com/1402834436617491/posts/3010778332489752/
https://www.instagram.com/tv/CHVEQL3pSfx/?igshid=4i7nms7lp4ce
YouTube