M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları 10 noyabrda elan olunan böyük zəfər – Vətən müharibəsində qalibiyyət günü münasibətilə bir araya gəliblər.

Kiitabxanaçılar sevinclərini belə ifadə ediblər: “Bu savaşda hər birimiz Müzəffər Ali Baş Komandanın ətrafında birləşərək əsgər olduq, üç rəngli bayrağımızı azad etdiyimiz hər qarış torpaqda ucaltdıq, azad olunan hər kənddə, hər şəhərdə zəfər azanı oxuduq. Savaşımız haqq savaşıdır deyə, qələbəmiz də haqqın qələbəsidir.

Xalqımızı, millətimizi, Prezidentimizi – müzəffər Ali Baş Komandanımızı, bütün azərbaycanlıları təbrik edirik. Qələbəmiz mübarək!

Uca Allaha şükür edərək, qələbə sevincini bizə yaşadan hər bir igid əsgərin önündə baş əyirik. Yaşasın Azərbaycan!”.