Ermənilərin atdığı raketlər Tərtərdə muzeydə nümayiş olunacaq
Bu günlər Ermənistan silahlı qüvvələri tərəfindən ən çox raket-artilleriya atəşinə məruz qalan bölgələrimizdən biri Tərtər rayonudur. Vətən müharibəsinin davam etdiyi ayyarım ərzində Tərtər şəhərinə, rayonun kəndlərinə minlərlə mərmi düşüb.
Rayon ərazisinə atılan 10-a yaxın raketin qalığı toplanaraq Tarix-Diyarşünaslıq Muzeyinə gətirilib.
Raket qalıqları muzeydə sərgilənəcək. Məqsəd ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri gələcəkdə rayona gələn qonaqlara göstərməkdir.