İran İslam Şurası Məclisinin üzvü Əhməd Əlirza Beygi Şuşanın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik edib.

Təbriz şəhərindən İran parlamentinə deputat seçilən Əhməd Əlirza Beygi sosial şəbəkə hesablarında qeyd edib ki, Şuşa şəhəri Azərbaycanın ən əhəmiyyətli məntəqəsidir və İslam dünyasının Qafqazdakı mənəvi paytaxtı hesab olunur. Buna görə də Şuşanın işğal edilməsi İslamın düşmənlərinin mühüm üstünlüyü sayılırdı, onun azad olunması isə təcavüzkarlar üçün ölümcül zərbədir.

Qeyd edək ki, Şuşanın erməni işğalından azad edilməsi xəbəri İranda sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib.