1920-ci il noyabrın 7-də sovet Rusiyasının Ankarada ilk səfirliyi açılıb. Bu hadisənin 100 illiyi münasibətilə Rusiya Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə səfirliyin 1922-ci ildəki ikinci binasının fotolarını paylaşıb.

Xatırladaq ki, sovet Rusiyası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik münasibətlərin təməli 1920-ci il iyunun 3-də qoyulub. Rusiyanın Ankarada ilk səfirliyi Ankaranın qədim məhəllələrindən birində taxta binada yerləşib. Həmin bina yandıqdan sonra səfirlik ikinci binaya köçüb. 1922-ci ildə Türkiyə hökuməti artıq Sovet İttifaqına torpaq sahəsi hədiyyə edib və burada səfirlik üçün yeni bina inşa edib. SSRİ-nin Ankaradakı səfirliyi həmin torpaq sahəsində inşa edilmiş binaya 1927-ci ildə köçüb.