Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Türkiyənin Aydın şəhərində onlayn keçirilmiş XIV Beynəlxalq türk sənəti, tarixi və folkloru konqresində iştirak ediblər.

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, onlayn konqresdə dosent Həbibə Əliyeva “Şirvan memarlıq məktəbinin yadigarı – Tuba Şahi məscidi”, dosent Tural Şiriyev “Azərbaycanda orta əsrlərdə təziyə mərasimlərində məqtəl əsərlərin rolu” mövzusunda məruzə edib.  Tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “XIX əsrin sonu – XX əsrin əvvəllərində Qafqaz mətbuatında türk (Azərbaycan) və erməni mədəni əlaqələri haqqında”, Fatma Qəniyevanın “Müasir dövrdə müsafirpərvərlik fenomeninin etnoloji və mədəni aspektləri”, Nurəngiz Qarayevanın “Filmlərdə unudulmuş xalq oyunları” adlı məruzələri də dinlənilib.

Beynəlxalq konqresin məruzələri nəşr ediləcək.