Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə 2019-cu ildə keçirilən respublika müsabiqəsinin nəticəsinə görə Sumqayıt Dövlət Dram Teatrı da fəxri diploma layiq görülüb. Həmçinin Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHK) tərəfindən teatra kompüter dəsti hədiyyə edilib.

Teatrın rəhbərliyi və kollektivi bu diqqətə görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevə və MİHK sədri Cəmilə Səttarovaya minnətdarlığını bildirib.

Sumqayıt Dövlət Dram Teatrının yaydığı məlumatda, həmçinin qeyd olunur ki, pandemiya və karantin şəraitində yaradıcı heyət fəaliyyətini onlayn formada davam  etdirir. İnternet üzəridən tamaşaların videonümayişi həyata keçirilir, xüsusi olaraq hazırlanan vidoeçarxlar paylaşılır, eləcə də onlayn məşqlər aparılır. Zəruri halda işə çıxan müəyyən qisim işçi heyətinin sosial məsafəni gözləməsi, tibbi maska və digər ləvazimatlardan istifadəsi təmin olunur.