Şanlı Ordumuzun əzəli torpaqlarımız olan Qarabağı işğaldan azad edərək bizlərə Qələbə sevinci yaşatdığı bu günlərdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası da vətənpərvərlik mövzusunda bir sıra layihə və virtual tədbirlər həyata keçirir.

Bunlardan biri də “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı əsgərə məktub aksiyasıdır.

Aksiyanın keçirilməsində məqsəd uşaq və yeniyetmələrdə vətənpərvərlik, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməklə onlarda məktub yazmaq vərdişi aşılamaqdır.

Aksiya çərçivəsində kitabxanaya 1000-ə qədər oxucudan məktublar daxil olub. Respublika Uşaq Kitabxanası aksiyaya həsr etdiyi videoçarx vasitəsilə əsgərlərə yazılan məktublardan bir neçəsini təqdim edib. Yazılan məktublar kiçik ürəklərin böyük məhəbbətidir.

Videoçarx kitabxananın saytı, “Facebook”, “İnstagram”, “Twitter” sosial şəbəkələri, “YouTube” kanalı vasitəsilə təqdim edilir.