AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və Orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “Səfəvi, Əfşar, Rusiya və Osmanlı dövlətlərinin Azərbaycan siyasətində Naxçıvan” (XVIII əsrin I yarısı) adlı monoqrafiyası çapdan çıxıb.

Tədqiqat əsərində ilk dəfə olaraq XVIII əsrin birinci yarısında Səfəvi və Əfşar dövlətlərinin daxili, Rusiya və Osmanlı dövlətlərinin xarici siyasətində Azərbaycan və bu siyasətdə isə Naxçıvanın yeri araşdırılıb.

1700-1747-ci illəri əhatə edən monoqrafiyada əldə olunmuş faktlar təhlil və müqayisə edilərək çıxarılan elmi nəticələr ümumiləşdirilib. Əsərin sonunda ingilis dilində onun yığcam şəkildə icmalı verilib.

Tədqiqatın əsas mənbəşünaslıq bazasını müxtəlif illərdə ölkəyə səfər edən əcnəbi diplomat, səyyah, coğrafiyaşünas, eləcə də tarixçilərin əsərləri və yol qeydləri təşkil edib.