Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində  “Ginnesin rekordlar kitabı”na daxil edilən söküntü işi həyata keçirilib. Hündürlüyü 165 metr olan 144 mərtəbəli “Mina Tauer” mərkəzinin binası cəmi 10 saniyəyə sökülüb.

Əbu-Dabi Şəhər Bələdiyyəsinin yaydığı məlumatda bildirilir ki, bina Mina Zayid ərazisində yeni ticarət mərkəzinin tikilməsi layihəsi çərçivəsində sökülüb. Partlayıcı qurğu vasitəsilə və tamamilə təhlükəsiz qaydada həyata keçirilən söküntü işi 10 saniyəyə başa çatıb. Ətrafdakı tikililərə zərər dəyməyib.

Qeyd edək ki, iki il əvvəl də Əbu-Dabi şəhərində ADNOC milli neft şirkətinin iki hündürmərtəbəli binası da bu cür sökülmüşdü.

CAVİD