Yerə iki kiloqram geoloji süxur gətiriləcək

Çinin “Çanye-5” avtomatik eniş modulu dekabrın 2-də Yer planetinin təbii peyki sayılan Ay səthini iki metr qazaraq geoloji süxur nümunələrini toplayıb və onu Yerə göndərmək üçün konteynerə yerləşdirib.

Çinin Milli Kosmik Agentliyinin (CNSA) məlumatına əsasən, dekabrın 1-də eniş modulu uçuş aparatı ilə birgə Yerin təbii peykinin görünən tərəfinin qərb hissəsində Qasırğalar okeanındakı Ryumker piki rayonunda Ay səthinə uğurlu eniş edib.

Modul, həmçinin manipulyasiya-əli ilə Ay səthindən də süxur nümunələri götürməlidir. Kosmik aparat missiya çərçivəsində ümumilikdə iki kiloqrama yaxın geoloji süxur toplayacaq. Süxur toplama əməliyyatına 48 saat vaxt ayrılıb. Eniş aparatının kapsulla birgə dekabrın 16-17-də Çinin şimalındakı Daxili Monqolustan rayonunda Yerə enməsi planlaşdırılır.

Əməliyyat uğurla başa çatarsa, Çin ABŞ və Rusiyadan sonra Ay süxurunu Yerə gətirən üçüncü ölkə olacaq. 1969-1972-ci illərdə Aya uçan amerikalı astronavtlar 382 qram, 1970-1976-cı illərdə isə SSRİ-nin “Luna” stansiyası 324 qram Ay süxurunu Yerə gətirmişdi.

CAVİD