İspaniyanın mehmanxana biznesi COVİD-19 pandemiyasının yaratdığı böhranla əlaqədar ağır dövrünü yaşayır.
Yerli medianın məlumatına görə, pandemiya ilə əlaqədar sərhədlərin bağlanması və turistlərin olmaması hotellərin iflasına səbəb olub. Bir çox sahibkarlar hotellərini satmaq qərarına gəliblər. Nəticədə oktyabrın sonuna olan məlumata görə ölkə üzrə 557 hotel satışa çıxarılıb. Bu, pandemiyanın başlandığı mart ayına nisbətən 19 faiz çoxdur.
Əndəlüs və Kataloniyada daha çox – müvafiq olaraq 114 və 101 hotel satışa çıxarılıb.
Hər necə olursa-olsun, mehmanxana biznesindən ayrılmaq istəməyən sahibkarlar turist olmadan bunun öhdəsindən necə gəlmək barədə fikirləşirlər. Son vaxtlar yeni tendensiya əmələ gəlib: hotellər öz məkanlarını distant işləyən ofislər üçün bina qismində təklif edirlər.
İLONA