Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə dekabrın 4-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı baş qərargahında sükut dəqiqəsi olub.
TÜRKSOY katibliyinin kollektivi Azərbaycanla həmrəylik məqsədilə qəhrəman şəhidlərimizə ehtiram göstərib.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı anım mərasimində iştirak edib.