Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycan ərazilərində əsrlər boyu yaşamış albanların qədim tarixindən, onların azəri türkləri ilə birgə yaşayışı və ortaq mədəniyyətindən, 1836-cı il martın 11-də Rusiya imperatoru I Nikolayın fərmanı ilə erməni Qriqorian Kilsəsinin tabeliyinə verilmiş Alban Həvari Kilsəsinin sonradan məkrli erməniləşdirmə siyasəti ilə saxtalaşdırılmasından bəhs edən “Alban kilsələri – tariximizin qədim izləri” adlı sənədli videoçarx hazırlayıb.

İnternet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, xarici kütləvi informasiya vasitələrinə də göndərilib.