Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların adlarını açıqlayıb.

Müdafiə Nazirliyinin 3 dekabr 2020-ci il tarixli məlumatında Vətən müharibəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusunun şəhid olduğu bildirilmişdi.

Dekabrın 8-də yayılan məlumatda diqqətə çatdırılır ki, 2723 şəhidimiz dəfn edilib

Dəfn edilmiş şəhidlərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Vətən müharibəsi şəhidlərinin siyahısı aşağıdakı linkdə:

https://mod.gov.az//images/pdf/5082d8a9b46b498271fb2acaf4b72bec.pdf