Türkiyədə hər il təntənəli şəkildə beynəlxalq tədbirlərlə qeyd edilən Mövlanə Cəlaləddin Rumini (1207-1273) anım mərasimləri bu il pandemiya şəraitində keçirilir.
Anım mərasimləri çərçivəsində ilk tədbir Konya vilayətində Türk Təsəvvüf Musiqisi üzvlərinin konsert proqramı ilə reallaşıb. Tamaşaçısız keçirilən tədbirdə yalnız bir sıra dövlət rəsmiləri və Mövlanənin 22-ci nəsil nəvəsi Esin Çələbi iştirak edib. Tədbirlər dekabrın 17-dək davam edəcək.
Qeyd edək ki, bu il 747-ci anma mərasimi keçirilən Mövlanə Cəlaləddin Rumi tolerantlığın, barışın və dözümlülüyün simvolu hesab edilir. Böyük mütəfəkkir və din alimi olan həzrəti Mövlanənin əsl adı Məhəmməd Cəlaləddindir.
Ömrünün böyük hissəsini Konyada yaşayan Mövlanənin məzarı da bu şəhərdədir.