Rəsm və inşa müsabiqəsi

Ölkəmizin Gürcüstandakı səfirliyi Azərbaycan və gürcü xalqlarının müstəqillikləri naminə atdıqları addımların təzahürü olan 20 Yanvar (1990) və 9 Aprel (1989) hadisələrinin növbəti ildönümü ilə bağlı rəsm və inşa müsabiqəsi elan edib.

Bu barədə səfirlikdən məlumat verilib. Bildirilib ki, müsabiqədə Gürcüstanın 15 yaşından yuxarı vətəndaşları iştirak edə bilərlər. Hər iki nominasiya üzrə işlər ekspertlər tərəfindən seçiləcək və ilk üç yeri tutanlar mükafatlandırılacaq.

Müsabiqədə iştirak edəcək şəxslərdən mövzu üzrə rəsm əsərlərini səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etmələri, həmçinin Azərbaycan və ya gürcü dillərində inşa yazan şəxslər öz işlərini yanvarın 17-dək səfirliyin tbilisi@mission.mfa.gov.az ünvanına göndərməlidir.

Ətraflı məlumat almaq üçün səfirliyin (+995 32) 224-30-04 nömrəli telefonu ilə əlaqə saxlamaq olar.