Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli Uşaq musiqi məktəbinin şagirdi Lalə Bəhramlı Ukraynanın Odessa şəhərində keçirilən “Odessa portağalı” beynəlxalq onlayn müsabiqəsində uğurla iştirak edərək simli alətlər nominasiyası üzrə I yerə layiq görülüb.

İdarədən bildirilib ki, iki turdan ibarət olan beynəlxalq müsabiqədə balaca istedad öz yaşıdları arasında seçilərək “Gənc virtuoz” diplomu ilə təltif olunub. Müsabiqədə L.Bəhramlının yüksək səviyyəli ifasına görə müəllimi Rüfət Manafov və konsertmeysteri Elmira Mehtiyeva da diplomlara layiq görülüblər.

Lalə Bəhramlı buna qədər də bir neçə beynəlxalq və respublika miqyaslı müsabiqədə nailiyyətlər qazanıb, o cümlədən İtaliyada keçirilən “Napolinova” onlayn müsabiqəsində sertifikata layiq görülüb.