Mədəniyyət Nazirliyinin "Salnamə" studiyası İkinci Qarabağ müharibəsindən bəhs edən sənədli film çəkiləcək. Studiya "Vətən müharibəsi" adlı tammetrajli (52 dəqiqə) sənədli filmin istehsalı üçün sorğu elan edib.

Sorğularda iştirak etmək istəyənlər təkliflərini yanvarın 18-i saat 11:00-a qədər studiyanın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 1 ünvanına təqdim edə bilərlər.