Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

Bu barədə Akademik Opera və Balet Teatrından məlumat verilib.

İsmayıl Ələkbərov 1939-cu il sentyabrın 14-də Bakıda anadan olub. 1966-cı ildə A.Zeynallı adına Musiqi Texnikumumun (indiki Musiqi Kolleci) muğam şöbəsini, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib.

1971-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub. Teatrda çalışdığı müddətdə opera tamaşalarında müxtəlif rollarda çıxış edib.

2009-cu ildə respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.