“Mədəniyyət” telekanalında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin aparıcısı olduğu “Premyera” verilişi yenidən ekranlara qayıdır.

Yanvarında 29-da saat 20:10-da efirə gedəcək yeni buraxılış Şuşa Dövlət Musiqili Dram Teatrına həsr olunacaq. Verilişdə teatrın direktoru, Əməkdar artist Yadigar Muradov, teatrın səhnə ustaları – Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Azad Məmmədov və Teymur Məmmədov Şuşanın işğaldan azad olunması sevincini tamaşaçılarla bölüşəcəklər. Teatrın qarşısında duran vəzifələrdən, yeni planlardan söhbət açılacaq. 30 ilə yaxın bir vaxtda Bakıda fəaliyyətini davam etdirən Şuşa teatrının keçdiyi yaradıcılıq yoluna nəzər salmaq, xatirələri yenidən canlandırmaq verilişi daha da maraqlı edəcək.